“Azərenerjİ” ASC-nİn prezİdentİ Baba Rzayev energetİklərİ Qələbə münasİbətİ İlə təbrİk edİb!

Tarix : 10-11-20 15:00

Hörmətli energetiklər, əziz həmkarlar!

Sizi Qələbə bayramı münasibətilə təbrik edirəm!

Dağlıq Qarabağ və ətraf rayonların erməni işğalından azad edilməsi, əlbəttə, Azərbaycan xalqının illərdir arzu etdiyi xəyalların gerçəkləşməsi deməkdir.

Heç şübhəsiz, bu Qələbə Ali Baş Komandanın geniş dünyagörüşünün, siyasi uzaqgörənliyinin, diplomatik bacarığının, hərbi-strateji dühasının, iqtisadi islahatlarının, xalqın göstərdiyi yüksək etimadın, xalq-dövlət-vətəndaş cəmiyyəti arasında qarşılıqlı anlayış və hörmətin ən ali təcəssümüdür.

Bu Qələbənin əldə olunmasında “Azərenerji” və “Azərişıq” səhmdar cəmiyyətlərinin cəbhədə vuruşan əməkdaşlarının da payı var. Bir daha Qələbə bayramınız mübarək!

Yaşasın Ali Baş Komandan!

Yaşasın müzəffər Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

 

Hörmətlə Baba Rzayev

“Azərenerji” ASC-nin prezidenti