“Azərenerjİ ”ASC “Keyfİyyət və ən böyük dəyİşİklİklərə görə qızıl mükafat” aldı

Tarix : 28-11-19 15:15

Dünya miqyasında müəssisələr üzrə keyfiyyət və davamlı inkişafa nail olunmanı araşdıran və Avropanın nüfuzlu Qeyri Hökümət Təşkilatları tərəfindən dəstəklənən Fransanın “Otherways Group” Menecment və Konsaltinq Assossasiyası “Azərenerji” Açıq Səhmdar Cəmiyyətini “2019-cu ildə keyfiyyət və ən böyük dəyişikliklərə görə qızıl mükafata” layiq görüb.

24-25 noyabr tarixlərində İtaliyanın Roma şəhərində keçirilən tədbirdə “Azərenerji“ Açıq Səhmdar Cəmiyyətini Xarici iqtisadi əlaqələr idarəsinin rəisi Əli Abbasovla İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev təmsil ediblər. Beləliklə Fransa, Yaponiya, Yunanıstan və digər 24 ölkənin hökümət və böyük səhmləri dövlətdə olan müəssisələrindən biri də Azərbaycandan olub. MDB ölkələrindən isə yalnız Ukrayna, Gütcüstan və Azərbaycan mükafata layiq görülüb.

Tədbirdə Prezident İlham Əliyevin energetika strategiyasına uyğun olaraq son illərdə enerjinin istehsalı, ötürülməsi, paylanması və idarəedilməsi sahəsində aparılan inkişaf, islahat, tikinti, o cümlədən “Reabilitasiya Proqramı” çərçivəsində həyata keçirilən yenidənqurma işləri barədə iştirakçılara geniş məlumat verilib.