“Azərenerjİ” ASC həm İstehsalı, həm də İxracı artırıb

Tarix : 02-04-19 14:00

 

“Azərenerji” ASC 2019-cu ilin arxada qalan birinci rübü ərzində 6.151 milyard kvts elektrik enerjisi istehsal edib. Bu isə ötən ilin birinci rübü ilə müqayisədə 153 milyon kvts və ya 2,5 % çoxdur. Belə ki, ötən ilin birinci rübündə 5.998 milyard kvts elektrik enerjisi istehsal edilmişdi.

Bundan əlavə elektik enerjisinin ixraçı da ötən ilin mart ayı ilə müqayisədə artırılıb. Əgər 2018-ci ilin mart ayında qonşu ölkələrə 131 milyon kvts elektrik enerjisi ixrac edilmişdisə, 2019-cu ilin mart ayında 161 milyon kvts ixrac edilib. Bu isə 30 milyon kvts və ya 23 % artım deməkdir.

Bir faktı da qeyd edək ki, 2018-ci ilin birinci rübü ilə müqayisədə 2019-cu ilin birinci rübündə elektrik enerjisinin istehlakı 3,41 faiz artıb. Ən əsası isə ötən ilin mart ayı ilə müqayisədə bu ilin mart ayında istehlak 6,1 % çox olub ki, bu da kifayət qədər ciddi artım olmaqla yanaşı, elektrik enerjisinə artan təlabat tempinin getdikcə yüksəldiyini göstərir.