«Azərbaycan işıqları» qəzetindəki material bu materialla əvəz olunmalıdır.

«Azərbaycan işıqları» qəzeti ölkəmizin elektrik energetikası sahəsinin yeganə ixtisaslaşmış mətbu nəşri kimi 1992-ci ildən nəşr edilir. Əvvəllər qəzetin redaksiyası ölkənin elektroenergetika mərkəzlərindən biri olan Mingəçevir şəhərində yerləşib. «Azərenerji» ASC-nin prezidentinin əmri ilə 2003-cü ilin may ayında redaksiya Bakı şəhərinə köçürülüb, qəzet Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib, redaksiyanın kadr tərkibi yeniləşdirilib, maddi-texniki bazası möhkəmləndirilib.

Qəzetin nəşrində əsas məqsəd Azərbaycanın elektrik energetikası sahəsininin mövcud vəziyyətini, uğur və problemlərini işıqlandırmaq, energetika və enerji təchizatı müəssisə və obyektlərinin fəaliyyəti barədə ictimaiyyətə operativ, obyektiv və dolğun məlumatlar çatdırmaq, sahənin aktual məsələlərini araşıdırmaq, ictimai rəyi öyrənib ümumiləşdirmək, qabaqcıl energetiklərin təcrübəsini yaymaq, oxucuları ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı mühüm hadisələr, eləcə də, dünya energetikasındakı yeniliklərlə tanış etməkdir.

«Azərbaycan işıqları» qəzeti ayda iki dəfə çap olunur.Qəzetin yayım coğrafiyası elektrik enerjisi sisteminə daxil olan müəssisə və obyektlərin yerləşdiyi bütün əraziləri əhatə edir.